Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

Xarici siyasət
  • 07 dekabr, 2025
  • 09:27
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" sosial media hesabında paylaşım edib.

"Azərbaycan-KƏŞ münasibətlərinin uğurlu inkişafı barədə fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da genişləndirmək imkanlarını müzakirə etdik", - Prezidentin köməkçisi qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti