Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündən paylaşım edib

Xarici siyasət
  • 18 noyabr, 2025
  • 19:22
Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündən paylaşım edib
Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündən paylaşım edib.

"Report" xəbər verir ki, o bu barədə "X"də yazıb:

"Zəngəzur Dəhlizi - Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündə. Əsas beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm mərkəz və kəsişmə nöqtəsi: Şanxaydan Londona qədər uzanan Şərq–Qərb marşrutu, həmçinin Hind okeanını Şimal dənizi ilə, Fars körfəzini isə Qara dənizlə birləşdirən Şimal–Cənub və Cənub-Qərb marşrutları".

Son xəbərlər

Bütün Xəbər Lenti