Hikmət Hacıyev: "Aparılan istintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır"

Xarici siyasət
  • 24 iyun, 2023
  • 09:34
Hikmət Hacıyev: Aparılan istintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır

“Ermənistanın törətdiyi təxribatdan sonra "Laçın" sərhəd-buraxılış məntəqəsində aparılan müvəqqəti istintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır”.

"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində yazıb.

"Xarici diplomatik korpusla birlikdə “Laçın” sərhəd-buraxılış məntəqəsindəyik. Ermənistanın törətdiyi təxribatdan sonra aparılan müvəqqəti istintaq tədbirlərini sərhəd-buraxılış məntəqəsinin bağlanması kimi qələmə vermək əsassızdır", - paylaşımda deyilir.