"Haber Global" Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı videomaterial hazırlayıb
- 12 dekabr, 2025
- 13:13
Türkiyənin "Haber Global" telekanalı Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı geniş videomaterial yayımlayıb.
"Report"un məlumatına görə, videomaterialda Ulu Öndərin Azərbaycan xalqı tərəfindən dərin hörmət və ehtiramla yad olunduğu qeyd olunub.
Bildirilib ki, 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev nüfuzu sayəsində Azərbaycanda o zaman baş verən siyasi xaosa son verib:
"Heydər Əliyev ölkənin sərvətini doğru yerə yönəldərək dünyanın ən böyük neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzaladı. Bununla da, iqtisadiyyatı çökmüş Azərbaycana xarici investorları cəlb etməyi bacardı".
Süjetdə Heydər Əliyevin ordu quruculuğuna xüsusi diqqət göstərdiyi qeyd olunub.
"Heydər Əliyev neft gəlirlərinin böyük qismini ordu quruculuğuna yönləndirir, özü də sıx-sıx cəbhə zonasına gedir, mübahisəli məsələləri yerində həll edirdi".
Videomaterialda Ulu Öndərin vəsiyyətinə uyğun olaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ zəfərinə də xüsusi diqqət çəkilib.
🇦🇿Azerbaycan'ın mimari Haydar Aliyev vefatının 22. yılında saygı ve minnetle anılıyor pic.twitter.com/h0JN0c4LFv
— Haber Global (@HaberGlobal) December 11, 2025