Gürcüstanın XİN başçısı Bakı, Ankara və İrəvanla çoxtərəfli münasibətlərin inkişaf etdirilməsini vacib adlandırıb

Xarici siyasət
  • 26 fevral, 2025
  • 15:10
Gürcüstanın XİN başçısı Bakı, Ankara və İrəvanla çoxtərəfli münasibətlərin inkişaf etdirilməsini vacib adlandırıb

Gürcüstan region ölkələri, xüsusilə Azərbaycan, Türkiyə və Ermənistanla çoxtərəfli münasibətlərin inkişaf etdirilməsini vacib hesab edir.

"Report" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Ankarada türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

"Ölkələr arasında əlaqələrin müxtəlif formatlarda inkişafı son dərəcə vacibdir. Müxtəlif formatlarda uzunmüddətli əməkdaşlıq bizə bir çox əhəmiyyətli və faydalı layihələr həyata keçirməyə imkan verib. Ümid edirəm ki, Türkiyə və ölkənin xarici işlər nazirinin dəstəyi ilə biz gələcəkdə də təşəbbüsləri və layihələri davam etdirə biləcəyik", - o vurğulayıb.

44 filmi