Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir

Xarici siyasət
  • 05 sentyabr, 2017
  • 06:27
Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir

Tbilisi. 5 sentyabr. REPORT.AZ/ Gürcüstanın xarici işlər naziri Mixail Canalidze bu gün Bakıya səfərə yola düşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, səfərin məqsədi Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının növbəti görüşündə iştirak etməkdir.