Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir
- 22 yanvar, 2021
- 05:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstandan 250-yə yaxın azərbaycanlı Azərbaycana təxliyə olunur.
“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslərin arasında Azərbaycanla yanaşı, Gürcüstan vətəndaşları da var.
Proses saat 10:00-da başlayacaq və təxliyə olunanlar artıq “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşır.
Həmin şəxslər ötən gün koronavirusla bağlı test olunublar və heç birində COVID-19 təsdiqlənməyib. Onlara Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları tərəfindən arayış təqdim olunacaq. Bundan sonra onlar Azərbaycan ərazisinə daxil olacaqlar.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana son təxliyə bu ilin yanvarın 15-də həyata keçirilib. Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən 218 Azərbaycan vətəndaşı Vətənə dönüb.