Gürcüstan XİN: "Azərbaycanla münasibətlərin daha da dərinləşəcəyinə ümid edirik"

Xarici siyasət
  • 10 may, 2022
  • 15:54
Gürcüstan XİN: Azərbaycanla münasibətlərin daha da dərinləşəcəyinə ümid edirik

"Gürcüstan Azərbaycanla münasibətlərə yüksək dəyər verir və onların daha da dərinləşəcəyinə, daha da dinamik olacağına ümid edir".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili Tbilisidə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Gələcəyə aparan yol” adlı sərginin açılış mərasimində deyib.

"Əminəm ki, biz Heydər Əliyevin müxtəlif sahələrdə əsasını qoyduğu münasibətlərimizi daha da dərinləşdirəcəyik, həmçinin əməkdaşlıq üçün yeni ideyalar və istiqamətlər planlaşdıracağıq. Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram", - o söyləyib.

XİN rəsmisinin sözlərinə görə, Heydər Əliyev ölkəsinə bağlı dahi siyasətçi, yeni Azərbaycan dövlətinin qurucusu olub.

O, ulu öndərin Gürcüstanın dostu olduğunu qeyd edib: "Heydər Əliyev gürcü və Azərbaycan xalqları arasında əsrlərə söykənən münasibətləri daha da möhkəmləndirdi".