Gürcüstan vasitəsilə 1 000 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb

Xarici siyasət
  • 22 iyul, 2020
  • 09:24
Gürcüstan vasitəsilə 1 000 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb

Gürcüstan ərazisi vasitəsilə 1 000 Azərbaycan vətəndaşının təxliyəsi həyata keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Ramel Lətifov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, 400 vətəndaş Türkiyə, 600-ü isə Gürcüstandan Vətənə çatdırılıb. R.Lətifov deyib ki, təxliyə olunanların heç birində koronavirus aşkarlanmayıb. O, Azərbaycan vətəndaşlarının Gürcüstan vasitəsilə təxliyə prosesinin davam etdiriləcəyini qeyd edib.