Gürcüstan Azərbaycandakı 550-dən çox vətəndaşına kömək göstərib

Xarici siyasət
  • 23 aprel, 2020
  • 07:52
Gürcüstan Azərbaycandakı 550-dən çox vətəndaşına kömək göstərib

Gürcüstan Azərbaycanda olan 564 vətəndaşına kömək göstərib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Bu günə olan məlumata əsasən, qonşu ölkə diplomatik nümayəndəliklərinin vasitəsilə 12 636 vətəndaşa kömək göstərib, 7 600 vətəndaşın isə vətənə qayıtmasını təmin edib.

XİN-dən qeyd olunub ki, xarici ölkələrdə olan Gürcüstan vətəndaşlarının vətənə mərhələli şəkildə dönüşünü effektiv təşkil etmək və yerlərdə köməyin göstərilməsi üçün onlar qurumun və səfirliklərin rəsmi saytlarındakı elektron müraciət formasını doldurmalıdırlar.