Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Xarici siyasət
  • 16 sentyabr, 2026
  • 10:30
Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Gürcüstan Georgi Zakaraşvilini Azərbaycana səfir təyin edib.

Bu barədə "Report" Gürcüstan mediasına istinadən xəbər verir.

Azərbaycana təyin edilməzdən əvvəl Zakaraşvili Gürcüstanın Ukraynadakı diplomatik missiyasına rəhbərlik edib və ölkəsinin GUAM-dakı daimi nümayəndəsi olub.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze olub. Hazırda Pataradze Acarıstan Muxtar Respublikasının hökumətinin sədridir.