Gəncədən daha 3 TIR humanitar yardım Türkiyəyə yola düşüb
Xarici siyasət
- 15 fevral, 2023
- 15:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Füzuli, Ağsu, Şəmkir rayonlarından və Gəncə şəhərindən toplanan yardımlar yola salınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, adyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar olan 25 752 kiloqram humanitar yardım 3 TIR tipli yük maşını ilə qardaş ölkəyə doğru hərəkət edib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə Gəncə şəhərindən növbəti günlərdə də humanitar yardım karvanı yola düşəcək.
Son xəbərlər
08:29
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
Ekologiya
08:19
Bakının 15 istiqamətində yollarda tıxac müşahidə olunur
İnfrastruktur
08:13
Yaponiyada mobil rabitənin işində kəsinti baş verib
Digər ölkələr
07:53
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
İKT
07:46
"Sabah"a uduzduğu üçün "Trabzonspor" məşqçi ilə yollarını ayırıb
Komanda
07:14
Pezeşkian Türkiyəyə yola düşüb
Region
07:06
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
Digər ölkələr
06:33
Video
Nikol Paşinyanın Türkiyəyə işgüzar səfəri başlayıb
Region
06:19
"Reuters": Konqo DR-də Ebolaya yoluxanların sayı 11 mini ötüb
Sağlamlıq