Fuad Axundov: “Azərbaycan ilə Rusiya arasındakı münasibətlərlə fəxr etməmək mümkün deyil”

Xarici siyasət
  • 27 aprel, 2023
  • 13:51
Fuad Axundov: “Azərbaycan ilə Rusiya arasındakı münasibətlərlə fəxr etməmək mümkün deyil”

“Bu gün Rusiya ilə Azərbaycan arasında mövcud olan ikitərəfli münasibətlərlə fəxr etməmək mümkün deyil. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin xidmətləri sayəsində mümkün olub”.

“Report” xəbər verir ki, bunu politoloq Fuad Axundov Moskvada keçirilən “Heydər Əliyev: SSRİ və Rusiyanın inkişafında onun rolu” adlı dəyirmi masada deyib.

Onun sözlərinə görə, SSRİ-ni dağıtmaqla Qorbaçov iqtisadiyyatı və ideologiyanı səylə məhv etməyə çalışırdı. “Lakin o, bizim ümumi informasiya və mədəni məkanımızı məhv edə bilmədi”, - F.Axundov bildirib və əlavə edib ki, Azərbaycanda rus dilində təhsil alan məktəblilərin sayı artır.

Öz növbəsində Rusiya Dünya Sivilizasiyaları Universitetinin rektoru Oleq Slobotçikov Heydər Əliyevin əsl dövlət xadimi olduğunu qeyd edib.

“Azərbaycan məhz Heydər Əliyev kursu sayəsində davamlı inkişaf etməkdədir”, - o əlavə edib.

44 filmi