Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək - EKSKLÜZİV

Xarici siyasət
  • 14 may, 2018
  • 11:23
Fransanın xarici işlər naziri Azərbaycana səfər edəcək - EKSKLÜZİV
Fransanın xarici işlər naziri Jan-İv Lö Drian

Paris. 14 may. REPORT.AZ/ Fransanın xarici işlər naziri Jan-İv Lö Drian mayın sonunda Azərbaycana səfər edəcək. 

Bunu "Report"un Qərbi Avropa bürosuna müsahibəsində Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Pyer Alen Rafan deyib. 

Onun sözlərinə görə, Fransanın XİN başçısı səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşəcək: "Görüşlərdə, əsasən, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə olunacaq".

44 - Tezliklə