Fransalı ekspert: "Aİ rəhbərliyi əsl maraqlarını bilsə, yeni müqavilənin imzalanması mümkündür"
- 19 yanvar, 2024
- 07:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqının (Aİ) rəhbərliyi qurumun əsl maraqlarının nədən ibarət olduğunu başa düşsə, həmçinin Azərbaycan Qafqazdakı vəziyyətlə bağlı həqiqəti müvafiq alətlərlə müdafiə etsə, Azərbaycan və Aİ arasında yeni müqavilənin imzalanması mümkündür.
Bu fikirləri “Report”a açıqlamasında ADA Universitetinin müəllimi, fransalı tarixçi, tədqiqatçı Maksim Quin deyib.
“Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında birbaşa əlaqələr Azərbaycan diplomatiyası üçün böyük nailiyyətdir”,- ekspert əlavə edib.
Onun sözlərinə görə, erməni millətçiləri, eləcə də Rusiya yeni sazişin imzalanmasının qarşısını almaq üçün əllərindən gələni edirlər:
“Bu problemə qarşı mübarizə Azərbaycanın kommunikasiya peşəkarlarından istifadə etməsi də daxil olmaqla Bakı və Aİ-nin icra strukturunun birgə səyi çərçivəsində aparıla bilər”.