Fransa prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Xarici siyasət
  • 24 aprel, 2015
  • 18:10
Fransa prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bakı. 24 aprel. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland bu gün Azərbaycana işgüzar səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fransua Ollandı hava limanında Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşılayıblar.