Franko Lolliya: Neyrokolonializm şüura parazit kimi nüfuz edir

Xarici siyasət
  • 25 iyun, 2025
  • 15:56
Franko Lolliya: Neyrokolonializm şüura parazit kimi nüfuz edir

Neyrokolonializm şüura parazit kimi nüfuz edərək xalqları başqalarının iradəsinin girovuna çevirir.

“Report” xəbər verir ki, bunu ictimai xadim Franko Lolliya Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq konfransda bildirib.

O qeyd edib ki, neyrokolonializm imperializmin yeni və gizli forması olmaqla ərazi tabeçiliyinə deyil, xalqların şüuruna nəzarətə yönəlib.

F.Lolliyanın sözlərinə görə, neyrokolonializm təsir sisteminin mürəkkəb formasıdır, burada zorla qəbul etdirilən ideyalar, dəyərlər və tarixin interpretasiyası obyektiv həqiqət və tərəqqi kimi təqdim edilir, əslində isə bunlar imperiya gündəliyinin davam etdirilməsinə xidmət edir.
O vurğulayıb ki, bu proses hiss edilmədən təsir göstərir, xarici cinayətləri və zülm formalarını ictimai və mədəni normaların içərisinə inteqrasiya edir.

"Neyroimperializm müasirlik pərdəsi altında gizlənib. Onun mahiyyəti şüurla manipulyasiyadır. O, qarışqa haqqında hekayədəki parazit kimi hərəkət edir: beyinə nüfuz edir və bütün hərəkətləri nəzarət altına alır. Nəticədə qarışqa artıq özünə məxsus olmur. Xalqlar da bu cür özgə iradəsinin əsirlərinə çevrilirlər", - o əlavə edib.

44 - Tezliklə