Fərid Şəfiyev: "Ermənistanda daxili proseslərlə bağlı sürprizlərin olması mümkündür"
- 22 dekabr, 2021
- 08:00
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ermənistan daxilində hər şey ola bilər, sürprizlərin olması mümkündür"
"Report xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.
"Bizim isə əsas vəzifəmiz region dövlətlərinin prinsiplərimizlə razılaşmasıdır", - deyə F.Şəfiyev bildirib.
O vurğulayıb ki, Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması barədə razılıq var, lakin hələ heç də bütün proseslər bitməyib", - o bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra region üçün dinc eranın inkişafına dair imkanların yarandığını bildirmişdi.