Fərid Şəfiyev: Bir gün "DW Russian"da da BBC-də olduğu kimi qalmaqal olacaq

Xarici siyasət
  • 13 noyabr, 2025
  • 15:01
Fərid Şəfiyev: Bir gün DW Russianda da BBC-də olduğu kimi qalmaqal olacaq
Fərid Şəfiyev

Bir gün "DW Russian"da da hazırda BBC-də olduğu kimi qalmaqal olacaq.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "X" hesabında yazıb.

O qeyd edib ki, "DW Russian"da bəzi insanlar Ermənistan və Azərbaycan arasındakı sülhlə barışa bilmirlər:

"Əminəm ki, bir gün "DW Russian"da da hazırda BBC-də olduğu kimi bir qalmaqal olacaq. Ermənistanda revanşist VOMA adlı yarımhərbi qurumunu "müdafiə təşkilatı" kimi tanıtmağın mənası nədir? Görünür, "DW Russian"da bəzi insanlar Ermənistan və Azərbaycan arasındakı sülhlə barışa bilmirlər, çox qərəzli reportajlar hazırlayır, reallıqdan uzaq bir şəkildə Cənubi Qafqazda yalnız bir neçə marginal səsləri ön plana çıxarırlar".

Xatırladaq ki, BBC-nin Baş direktoru Tim Davie və BBC News-un xəbərlər üzrə rəhbəri Deborah Turness BBC Panoramada yayımlanan sənədli filmdə Donald Trampın çıxışının redaktə edildiyi iddiaları fonunda istefa veriblər.

Şirkətin keçmiş standartlar üzrə məsləhətçisi daxili qeydləri mətbuata sızdırıb. Həmin sənəddə BBC-nin Tramp, HƏMAS-İsrail müharibəsi və transgender hüquqları ilə bağlı materiallarında buraxdığı səhvləri sadalanaraq qurumda "sistematik sol yönümlü qərəz" olduğunu iddia edilib. BBC-nin media müxbiri Katie Razzall və siyasi aparıcılarından olan Nick Robinson bildiriblər ki, xəbər menecerləri ilə idarə heyəti arasında toqquşma baş verib. Birincilər Tramp redaktəsinə görə üzr istəmək arzusunda olduqları halda, ikinci tərəf institusionallaşmış qərəzlə bağlı daha geniş problemin həll edilməsini müdafiə ediblər. Hadisədən sonra ABŞ prezidenti Donald Tramp hüquqi addım atılacağını bildirib və əgər kompensasiya almasa, "azı" 1 milyard dollar məbləğində iddia qaldıracağını bəyan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti