Fərid Şəfiyev: Azərbaycanın məqsədi Zəngəzur fonunda digər dəhlizlərə əlavə dəyər qatmaqdır
- 09 sentyabr, 2025
- 16:02

Zəngəzur dəhlizi rəqabət göstəricisi deyil, o digər dəhlizlərə əlavə dəyər qatır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun on üçüncü sessiyasında deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi barışığa xidmət edəcək:
"Zəngəzur dəhlizi iki ölkə arasında 30 ildən sonra bir barışıq sazişi olacaq. Sözsüz ki, bu dəhliz açılarsa iqtisadi münasibətlərə müsbət təsir edəcək. Bəzi qüvvələr düşünür ki, Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə digərlərinə üstün gəldiyini nümayiş etdirir. Amma reallıq tam əksidir. Məqsəd Bakı-Tbilisi dəhlizi eləcə də digər dəhlizlərə əlavə qatmaqdır".