Fərid Şəfiyev: Azərbaycan-Türkiyə-Pakistan əlaqələndirmə mexanizmi yaradıla bilər

Xarici siyasət
  • 02 iyun, 2025
  • 12:01
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə-Pakistan əlaqələndirmə mexanizmi yaradıla bilər
Fərid Şəfiyev

Azərbaycan-Türkiyə-Pakistan əlaqələndirmə mexanizmi yaradıla bilər.

Bunu “Report”un sualına cavab olaraq Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan arasındakı üçtərəfli görüşlər geosiyasi formata çevrilib:

"Azərbaycanın ətrafında olan təhdidlər, Rusiya-Ukrayna müharibəsinin regiona təsirləri, Hindistan-Pakistan problemi ölkələri əlaqələri üçtərəfli formatda inkişaf etdirməyə vadar edir. Hazırda bu formata da qarşı olan bəzi qüvvələr var. Ancaq bilməlidirlər ki, bu formatın gələcəyi var".

F.Şəfiyev bildirib ki, üçtərəfli format çərçivəsində əlaqələndirmə mexanizminin yaradılması da nəzərdən keçirilir:

“Hansısa formada üçüncü, dördüncü dövlətlərin bizə qarşı təhdidlərinə cavab verməliyik. Məsələn, hazırda müzakirə olunmalı məsələlərdən biri transregional sərhəd zonasında yerləşən çaylar məsələsidir. Bu çaylar digər ölkələr tərəfindən çirkləndirilir”.

44 filmi