Fərid Qayıbov İran səfiri ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib

Xarici siyasət
  • 30 oktyabr, 2025
  • 10:38
Fərid Qayıbov İran səfiri ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və İran arasında gənclər və idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ilə İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu arasında keçirilən görüşdə iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın mövcud vəziyyəti, həmçinin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Gənclərin cəmiyyətin inkişafında oynadığı mühüm rol və idman sahəsində əməkdaşlığın ölkələr arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfə nəzərə alınaraq görüş zamanı bu potensialdan daha səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasının əhəmiyyəti xüsusi qeyd edilib.

Görüşdə iki ölkənin gənclər və idman nazirlərinin qarşılıqlı səfərlərinin təşkili və idman sahəsində ikillik əməkdaşlıq proqramının hazırlanması məsələləri də müzakirə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti