Fərhad Məmmədov: Ermənistan cəmiyyəti revanşistlərə səs versə, bu, regional geosisayətə təsir edəcək

Xarici siyasət
  • 14 may, 2026
  • 10:43
Fərhad Məmmədov: Ermənistan cəmiyyəti revanşistlərə səs versə, bu, regional geosisayətə təsir edəcək

Ermənistan cəmiyyəti parlament seçkilərində sülh gündəliyinə qarşı çıxan qüvvələrə səs verəcəksə, bu artıq regional geosiyasətə də təsir edəcək.

"Report" xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) keçirilən dəyirmi masada deyib.

O, Ermənistanda keçiriləcək parlament seçkilərinin həmin ölkəyə təklif olunan sülh gündəliyi üçün bir növ referendum olduğunu vurğulayıb:

"Biz baxacağıq: Ermənistan cəmiyyəti buna hazırdırmı? Bu mənada, Azərbaycan tərəfi sülh gündəliyinə sadiq olduğunu əlindən gəldiyi qədər nümayiş etdirir. Bundan sonrakı proseslər isə bu gündəliyin inkişafına xidmət edir".

F.Məmmədov Prezident İlham Əliyevin Zəngilandakı çıxışına toxunaraq bildirib ki, Ermənistan cəmiyyəti parlament seçkilərində sülh gündəliyinə qarşı çıxan qüvvələrə səs verəcəksə, bu artıq regional geosisayətə də təsir edəcək.

"Yəni belə bir şey baş verərsə, bu artıq yeni reallıq və yeni addımlara gətirib çıxaracaq".

44 filmi