Fərhad Məmmədov: Azərbaycan və Ermənistan sülh prosesində ikitərəfli formatı dəstəkləyirlər

Xarici siyasət
  • 18 noyabr, 2025
  • 10:47
Fərhad Məmmədov: Azərbaycan və Ermənistan sülh prosesində ikitərəfli formatı dəstəkləyirlər

Həm Azərbaycan, həm də Ermənistan sülh prosesində ikitərəfli formatı dəstəkləyir.

"Report" xəbər verir ki, bunu Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Farhad Məmmədov Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində "Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri" sessiyasında deyib.

Onun sözlərinə görə, ABŞ-də Bayden özünün prezidentlik dövründə işləri daha çox Blinkenə həvalə etmişdi ki, bu da özünü doğrultmurdu.

"Təəssüflər olsun ki, bu proses münasibətlərin daha da zərər görməsinə gətirib çıxarırdı. Blinkenin əsas səhvlərindən biri də Laçın marşrutu ilə bağlı mövqeyi idi ki, bu da Azərbaycanın legitim hüquqlarını pozurdu".

Mərkəz sədri Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasına da toxunub:

"Onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması Azərbaycanın üçüncü qüvvəyə ehtiyacı olmadığını nümayiş etdirdi".

Fərhad Məmmədov hazırda regional kommunikasiya məsələsinin icrada olduğunu da ifadə edib:

"Həm Azərbaycan, həm də Ermənistan sülh prosesində ikitərəfli formatı dəstəkləyir".

Son xəbərlər

Bütün Xəbər Lenti