Faruk Ömər: Dezinformasiya rəqəmsal dövrdə "faktların yeni tanrısı"na çevrilib

Xarici siyasət
  • 21 noyabr, 2025
  • 14:09
Faruk Ömər: Dezinformasiya rəqəmsal dövrdə faktların yeni tanrısına çevrilib

Müasir media mühiti rəqəmsal transformasiya və dezinformasiyanın artması ilə bağlı görünməmiş çağırışlarla üzləşir.

"Report" xəbər verir ki, bunu Banqladeş Mətbuat İnstitutunun baş direktoru Faruk Vasif Ömər Bakıda D-8 media forumunun panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, keçmişdə jurnalistika daha proqnozlaşdırıla bilən və analitik olduğu halda, bu gün media məkanı reallıqla illüziya arasındakı sərhədlərin getdikcə daha az ayırd edildiyi rəqəmsal "möcüzələr diyarına" çevrilib.

"Dezinformasiya "faktların yeni tanrısı"na çevrilib", - baş direktor vurğulayıb.

Natiq erkən yaşlardan formalaşan media savadlılığının əhəmiyyətinə xüsusi diqqət yetirib.

O qeyd edib ki, hər kəsin informasiya manipulyasiyalarını tanımaq və dezinformasiyaya qarşı mübarizə aparmaq bacarığına yiyələnməsi vacibdir.

"Biz yeni institutlar, alətlər və ideyalar yaratmalı, onları gənclərə ötürməliyik - məhz gənclər bu çağırışla mübarizədə əsas qüvvə olacaqlar", - F.Ömər bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti