EYBA-nın vitse-prezidenti: Öz qərarını süni intellektə həvalə edən vəkil əvəz olunmağa məhkumdur

Xarici siyasət
  • 09 oktyabr, 2026
  • 11:11
EYBA-nın vitse-prezidenti: Öz qərarını süni intellektə həvalə edən vəkil əvəz olunmağa məhkumdur

Qərar verməyi dayandıran və öz qərarını süni intellektə həvalə edən vəkil əvəz olunmağa məhkumdur.

Report" xəbər verir ki, bunu Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) vitse-prezidenti Federiko Kamurati qurumun Bakıda keçirilən payız konfransının açılış mərasimində deyib.

O, süni intellektin vəkillik fəaliyyətinin daha səmərəli, sürətli və dəqiq həyata keçirilməsinə imkan yaratdığını vurğulayıb:

"Təfərrüatlı şəkildə nəzərdən keçirməli olduğumuz sənədlərin və məlumatların həcmi böyük olduqda, xəta riski əhəmiyyətli dərəcədə artır. Süni intellekt günümüzün reallığıdır və biz bununla barışmalıyıq. Vəkillər olaraq, süni intellektdən necə istifadə edə bilərik? Fikrimcə, əsl risk qərar verməyi dayandıran və öz qərarını süni intellektə həvalə edən vəkildir. Məhz həmin vəkil artıq öz qərar vermə səlahiyyətindən imtina etdiyi üçün əvəz olunmağa məhkumdur".