EYBA-nın vitse-prezidenti Bakının beynəlxalq geopolitik mövqeyini yüksək dəyərləndirib

Xarici siyasət
  • 09 oktyabr, 2026
  • 13:00
EYBA-nın vitse-prezidenti Bakının beynəlxalq geopolitik mövqeyini yüksək dəyərləndirib

Bakının dünyadakı geopolitik və tarixi baxımdan əhəmiyyətini nəzərə alaraq Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransını burada təşkil etmək böyük önəm daşıyır.

"Report" xəbər verir ki, bu sözləri EYBA-nın vitse-prezidenti Federiko Kamurati təşkilatın Bakıda keçirilən payız konfransının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, Bakıda olmaqdan çox şad olduğunu bildirib:

"Bakı artıq konfrans xəritəmizdə yer alır. Bu möhtəşəm konfransda, burada olmaq bizim üçün çox vacibdir. Bütün bu tədbiri ərsəyə gətirdiyi və təşkil etdiyi üçün Azərbaycanın Vəkillər Kollegiyasına minnətdarlığımızı bildiririk. Dünyanın müxtəlif ölkələrindən olan hüquqşünaslar arasında əməkdaşlıq üçün bu cür fəaliyyətləri təşviq etmək həmişə çox vacibdir".

O bildirib ki, hüququn aliliyini, beynəlxalq hüququ və dünya üzrə hüquq praktiki ilə məşğul olanlar arasında əməkdaşlığı təşviq etmək üçün bu cür fəaliyyətlər və təşəbbüslər vacibdir:

"Bu gün müzakirə etdik ki, biz qərar qəbul etmə səlahiyyətimizi süni intellektə həvalə edə bilmərik. Buna görə də, süni intellekt sistemlərindən istifadə edərkən məsuliyyətli olmalıyıq. Bu cür risklərin qarşısını almaq üçün əlimizdə olan hər bir texniki vasitəni tətbiq etməliyik".

44 filmi