“EurActiv” Azərbaycanın Aİ ilə həmrəyliyini göstərən video yayımladı - VİDEO

Xarici siyasət
  • 21 aprel, 2020
  • 13:57
“EurActiv” Azərbaycanın Aİ ilə həmrəyliyini göstərən video yayımladı - VİDEO

Belçikada qeydiyyatdan keçən aparıcı media şirkəti “EurActiv” fondunun internet səhifəsi Azərbaycanın dünyaca məşhur Heydər Əliyev Mərkəzinin COVID-19 pandemiyasından ən çox zərər görmüş Avropa ölkələrinə dəstəyini nümayiş etdirən video paylaşıb.

“Report” xəbər verir ki, müvafiq video nəşrin saytına yerləşdirilib.

“EurActiv” xəbər portalında bu videoçarx bir həftə boyunca nümayiş olunacaq. Qeyd etmək zəruridir ki, bu informasiya resursu Avropa siyasətçiləri, ictimai xadimləri və institutları arasında çox populyardır.

Xatırladaq ki, bundan əvvəl koronavirus pandemiyasından əziyyət çəkən dünya ölkələrinə dəstək nümayiş etdirmək üçün Heydər Əliyev Mərkəzi binasının fasadında Avropa İttifaqının bayrağı videoproyeksiya olunub.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq zərərçəkən dövlətlərin bayraqları həmin ölkələrin musiqisinin müşayiəti ilə hər gün Mərkəzin binası üzərinə proyeksiya olunur. Buna qədər Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ və Gürcüstanın bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Hənçinin Avropa İttifaqının Azərbaycandakı səfiri də koronavirusun yayıldığı dövrdə göstərdiyi həmrəyliyə görə ölkəyə təşəkkürünü bildirib.

“EurActiv” Azərbaycanın Aİ ilə həmrəyliyini göstərən video yayımladı - VİDEO

44 filmi