Estoniyanın "Azadlıq" meydanı Azərbaycan bayrağının rənglərində işıqlandırılıb

Xarici siyasət
  • 29 may, 2019
  • 08:36
Estoniyanın Azadlıq meydanı Azərbaycan bayrağının rənglərində işıqlandırılıb

Estoniyada 28 may – Azərbaycanın Respublika Günü qeyd olunub. 

Azərbaycanın bu ölkədəki səfirliyindən "Report"a verilən məlumata görə, bayram tədbiri paytaxt Tallin şəhərində keçirilib. 

Bu münasibətlə, şəhərin əsas meydanı olan "Azadlıq" meydanı (Vabaduse väljak) Azərbaycanın bayrağının rənglərində işıqlandırılıb.