Estoniya Azərbaycana yeni səfir təyin edib

Xarici siyasət
  • 25 avqust, 2016
  • 04:32
Estoniya Azərbaycana yeni səfir təyin edib

Bakı. 25 avqust. REPORT.AZ/ Estoniya Azərbaycana yeni səfir təyin edib.

"Report" xəbər verir ki, ölkə prezidenti Toomas Hendrik çərşənbə günü bu barədə fərman imzalayıb.

Estoniyanın Azərbaycanda yeni səfiri Marin Mıttus olacaq. O, ölkənin Ankaradakı iqamətgahında fəaliyyət göstərəcək.

Azərbaycandan başqa Vyetnam, Myanma, Şri-Lanka, Sinqapur və Ermənistana da yeni səfirlər təyin olunub.

44 - Tezliklə