Ersin Tatar: "Şimali Kipr olaraq daima Azərbaycanın yanındayıq"

Xarici siyasət
  • 10 dekabr, 2021
  • 08:54
Ersin Tatar: Şimali Kipr olaraq daima Azərbaycanın yanındayıq
Ersin Tatar

“Türkiyənin Azərbaycanla yaxın münasibətlərindən məmnunluq duyuram”.

“Report”un xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən səsləndirib.

“Biz bir millət, 3 dövlətik. Biz Qarabağda müharibə gedən zaman da azərbaycanlı qardaşlarımızın həyəcanını burada yaşayırdıq. Şimali Kipr Türk Respublikası olaraq daima qardaş ölkə Azərbaycanın yanındayıq”, - o bildirib.