Ermənistan Rusiya ilə TRIPP çərçivəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır

Xarici siyasət
  • 27 oktyabr, 2025
  • 20:33
Ermənistan Rusiya ilə TRIPP çərçivəsində əməkdaşlığı müzakirə etməyi planlaşdırır

Ermənistan Rusiya ilə "Tramp Marşrutu" layihəsi (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi - red.) çərçivəsində mümkün əməkdaşlıq sahələrini müzakirə etməyi planlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində büdcə müzakirələri zamanı bildirib.

"Tramp Marşrutu" çərçivəsində Rusiya tərəfi ilə əməkdaşlığın müzakirə edilib-edilmədiyi barədə suala Mirzoyan cavab verib ki, rusiyalı tərəfdaşlarla mövcud və potensial qarşılıqlı təsir mexanizmləri, eləcə də yeni maraqlı əməkdaşlıq sahələri müzakirə edilib.

O qeyd edib ki, Ermənistanın mövcud dəmir yolu infrastrukturu Cənubi Qafqaz Dəmir Yollarının (Rusiya Dəmir Yollarının törəmə şirkətinə - red.) konsessiya idarəçiliyinə verilib, lakin müzakirə olunan TRIPP hissəsi (Türkiyə və Azərbaycanla dəmir yolu əlaqələri - red.) hələ tikilməyib, ona görə də onun da idarəçiliyə verilməsi barədə danışmaq hələ tezdir.

Gümrü-Qars marşrutu üzrə Türkiyə ilə əməkdaşlıq barədə soruşulduqda Mirzoyan cavab verib ki, bu məsələ də gündəmdədir.

Son xəbərlər

Bütün Xəbər Lenti