Ermənistan Prezidenti: Qarşılıqlı etimadın formalaşması İrəvan və Bakı arasında sülh üçün vacibdir

Xarici siyasət
  • 21 noyabr, 2025
  • 11:46
Ermənistan Prezidenti: Qarşılıqlı etimadın formalaşması İrəvan və Bakı arasında sülh üçün vacibdir

İki ölkənin xalqı arasında qarşılıqlı etimad mühitinin formalaşması Ermənistan və Azərbaycan yekun sülh üçün son dərəcə vacibdir.

"Report"un məlumatına görə, bunu Ermənistan prezidenti Vaqan Xaçaturyan Tavuş vilayətinin Kiranç qəsəbəsində jurnalistlərə bildirib.

"Sülh o zaman gələcək ki, iki ölkə və xalqlar arasında qarşılıqlı etimad bərpa olunsun; bu zaman məsələsidir. Biz siyasi liderlər olaraq, belə bir vəziyyətə nail olmaq üçün həqiqətən siyasi prosesi və hüquqi formulları təmin etməliyik", - o qeyd edib.

Onun sözlərinə görə, ikitərəfli hüquqi proses artıq formalaşıb, çünki hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb, və bu prosesin yekun tamamlanması iki ölkənin vətəndaşları və xalqlarının "daxillərində olan çətinlikləri" aradan qaldıra biləcəyi zaman olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti