Ərdoğan: "İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq"

Xarici siyasət
  • 27 oktyabr, 2021
  • 10:15
Ərdoğan: İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq
Rəcəb Tayyib Ərdoğan

"Dünən Azərbaycandaydıq. Yeni hava limanının açılışını etdik".

"Report"un xəbərinə görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İnşallah, Füzulidən İstanbula gediş-gəliş olacaq. Yolların tikintisi ilə bağlı işlər davam etdirilir. Türkiyə podratçı şirkətləri gərgin işləyirlər. Ermənilərin basdırdığı minalar təmizlənir. Həmin ərazilər kənd təsərrüfatı sahəsinə çevrilir", - dövlət başçısı vurğulayıb.