Ərdoğan İlham Əliyevə zəng edib, antiterror tədbirləri barədə fikir mübadiləsi aparılıb
Xarici siyasət
- 21 sentyabr, 2023
- 07:12
Sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb.
Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar.
Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək təmaslar və strateji müttəfiqlik əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Son xəbərlər
02:42
ABŞ administrasiyası faydalı qazıntıların hasilatı layihələrinə təxminən 3 milyard dollar investisiya yatıracaq
Digər ölkələr02:08
Bessent yaxın günlərdə İranla yeni sazişin imzalana biləcəyini istisna etməyib
Digər ölkələr01:32
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək
Digər ölkələr01:01
Pentaqon dronlara qarşı lazer qurğularının tədarükü üçün ilk müqaviləni imzalayıb
Digər ölkələr00:37
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
Region00:00
Azərbaycan, Ermənistan və ABŞ liderlərinin tarixi Vaşinqton görüşündən bir il ötür
Daxili siyasət23:43
Foto
Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
Daxili siyasət23:29
Tramp Ali Məhkəməyə apellyasiya şikayəti verəcək
Digər ölkələr23:15