Ər-Riyad: Bu gün dünya ölkələri urbanizasiyaya dair yanaşmaları yenidən nəzərdən keçirir
- 17 may, 2026
- 12:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanı şəhər inkişafı sahəsində dayanıqlı və insana yönəlmiş meqapolislərin formalaşdırılmasına istiqamətlənmiş genişmiqyaslı islahatlar həyata keçirir.
"Report"un məlumatına görə, bu barədə krallığın nümayəndəsi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlik səviyyəsində dəyirmi masada bəyan edib.
O qeyd edib ki, bu gün dünya ölkələri urbanizasiyaya dair yanaşmaları yenidən nəzərdən keçirir və insanın şəhər mühitindəki rolunu yenidən dərk edir: "Vizyon 2030" (Saudi Vision 2030) milli proqramı çərçivəsində krallıq şəhərlərin dərin transformasiyasına start verib, burada həyat keyfiyyəti və ekoloji dayanıqlıq inkişafın əsas dayaqlarına çevrilib".
Spikerin sözlərinə görə, dəyişikliklər artıq praktik mərhələyə keçib və mənzil sektorunda nəzərəçarpacaq nəticələr verib: "Xüsusilə, ölkədə mənzilə sahib olanların səviyyəsi 47 %-dən 66 %-dən çoxa yüksəlib, 1 milyondan çox ev təsərrüfatı müasir mənzil həlləri ilə təmin olunub. Dövlət proqramları on minlərlə ailəyə yaşayış şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verib".
Səudiyyə Ərəbistanının nümayəndəsi həmçinin yaşayış massivlərinin layihələndirilməsinə yanaşmaların köklü şəkildə dəyişdiyinə diqqət çəkib: "Biz şəhər dizaynı sahəsində 19 genişmiqyaslı təşəbbüsə start vermişik. Onların məqsədi qabaqcıl texnoloji həlləri şəhərlərin unikal mədəni identikliyinin qorunması ilə harmonik şəkildə uzlaşdırmaqdır".