Elmar Məmmədyarov Rusiyaya işgüzar səfərə yola düşüb

Xarici siyasət
  • 04 dekabr, 2017
  • 07:05
Elmar Məmmədyarov Rusiyaya işgüzar səfərə yola düşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Report

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. 

Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib.  

Tədbirdə E.Məmmmədyarovun çıxışı nəzərdə tutulub.