​Elmar Məmmədyarov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti ilə görüşüb

Xarici siyasət
  • 06 may, 2015
  • 13:30
​Elmar Məmmədyarov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti ilə görüşüb

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birreli qəbul edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və BP arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, həyata keçirilən enerji layihələri və perspektivləri, dünyanın enerji bazarındakı son durumlar barəsində fikir mübadiləsi aparılıb.