Azərbaycanın XİN rəhbəri Bəhreyn Krallığının xarici işlər naziri ilə görüşüb

Xarici siyasət
  • 25 sentyabr, 2019
  • 21:46
Azərbaycanın XİN rəhbəri Bəhreyn Krallığının xarici işlər naziri ilə görüşüb

BMT Baş Assambleyasının (BA) 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Bəhreyn Krallığının xarici işlər naziri Şeyx Xalid bin Ahmed Mohamed Al Xalifa ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, nazirlər Azərbaycan və Bəhreyn arasında mövcüd olan ikitərəfli əməkdaşlıq münasibətlərini müzakirə ediblər və ölkələr arasındakı əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər bu ilin 25-26 oktyabrında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və Azərbaycanın qarşıdan gələn 3 il ərzində bu Hərəkata sədrliyi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Nazirlər habelə regional və qlobal təhlükəsizlik məsələləri, eləcə də BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyindəki digər məsələləri müzakirə ediblər.