Elin Süleymanov: Britaniya ilə tərəfdaşlıq Cənubi Qafqaz üçün yeni imkanlar açır

Xarici siyasət
  • 01 oktyabr, 2025
  • 14:52
Elin Süleymanov: Britaniya ilə tərəfdaşlıq Cənubi Qafqaz üçün yeni imkanlar açır

Azərbaycan Böyük Britaniyaya Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinə ardıcıl dəstəyinə görə təşəkkür edir.

"Report"un məlumatına görə, bu barədə Azərbaycanın Londondakı səfiri Elin Süleymanov Liverpulda keçirilən konfrans çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper və krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşü barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq bütün regionumuz (Cənubi Qafqaz - red.) üçün yeni imkanlar açır", - deyə diplomat qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti