Əli Əsədov Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşüb
Xarici siyasət
- 15 dekabr, 2022
- 09:22
Dekabrın 15-də Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib.
Nazirlər Kabinetindən "Report"a bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçiriləcək 9-cu iclasının əhəmiyyəti vurğulanıb.
Ə.Əsədovun rəsmi səfərinin və Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.
Son xəbərlər
18:15
Fransa prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdırır
Digər ölkələr18:11
Almaniyalı futbolçu Niklas Fyullkruq "Verder"ə keçib
Futbol18:08
BƏƏ və ABŞ prezidentləri Yaxın Şərq münaqişəsini müzakirə ediblər
Digər ölkələr18:00
WP: Rusiyada PUA hücumları fonunda banklardan nağd pul çıxarışı rekord səviyyəyə yüksəlib
Digər ölkələr17:49
Tramp: İranla danışıqlar aparmırıq və belə niyyətimiz də yoxdur
Digər ölkələr17:46
Azərbaycanın 3 güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib
Fərdi17:45
AYNA: "Qırmızı Körpü" gömrük postunda 1 000-dən çox avtomobil gözləyir
İnfrastruktur17:42
Foto
AFFA-nın Texniki direktoru Edmond Klaus "Sabahın ulduzları"nı izləyib
Futbol17:35