Əli Əhmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinə səfərə gedib

Xarici siyasət
  • 17 oktyabr, 2018
  • 08:41
Əli Əhmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinə səfərə gedib
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov

Bakı. 17 oktyabr. REPORT.AZ/ Baş nazirin müavini, YAP sədrinin müavini – İcra katibi Əli Əhmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinin Pekin şəhərinə yola düşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd Çin Xalq Respublikasının himayəsi ilə keçirilən Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik Konfransında iştirak etməkdir.