Elham Abdeni: Süni intellekt jurnalistika qarşısında ciddi etik çağırışlar qoyur

Xarici siyasət
  • 21 noyabr, 2025
  • 14:37
Elham Abdeni: Süni intellekt jurnalistika qarşısında ciddi etik çağırışlar qoyur

Süni intellekt jurnalistikanın əsas prinsiplərindən biri olan faktların yoxlanılmasına əməl edilməsini çətinləşdirir.

"Report"un məlumatına görə, bunu "Press TV"nin (İran) jurnalisti və beynəlxalq əlaqələr departamentinin direktoru Elham Abedini Bakıda keçirilən D-8 Media Forumunun panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, süni intellektin tətbiqinin əsas riskləri etik məsələlərlə bağlıdır.

E.Abedini vurğulayıb ki, faktların yoxlanılması get-gedə daha çətin olur, çünki süni intellekt təkcə mətnləri deyil, həm də həqiqətə bənzəyən, lakin reallıqla heç bir əlaqəsi olmayan video və şəkillər də yarada bilir.

"Jurnalistika həmişə əlavə səy tələb olunsa belə, faktlara əsaslanmağı tələb edir. Biz əslində mövcud olmayan xəbərləri dərc etmək və yaymaq riski ilə qarşılaşırıq. Məhz buna görə faktların yoxlanılması və saxta məlumatlarla mübarizə məsuliyyətli jurnalistikanın əsas vəzifələrinə çevrilir", - o qeyd edib.

Bununla yanaşı, "Press TV" nümayəndəsinin sözlərinə görə, süni intellekt düzgün istifadə edildikdə redaksiyalara əhəmiyyətli dərəcədə kömək edə bilər:

"Biz materialların tərcüməsi üçün süni intellektdən istifadə edirik. Bu da bütün dünyadan xəbərləri operativ şəkildə əldə etməyə və çoxsaylı tərcüməçilərdən asılılığı azaltmağa imkan verir".

Son xəbərlər

Bütün Xəbər Lenti