Ekspert: “Özbəkistan Azərbaycanla logistika sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”
- 01 sentyabr, 2023
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan və Özbəkistanı təkcə tarix və mədəni əlaqələr deyil, həm də bir çox sahələrdə dinamik inkişaf edən iqtisadi tərəfdaşlıq birləşdirir”.
Bunu "Report"a açıqlamasında özbəkistanlı siyasi şərhçi və jurnalist Şərofət Mahmudova deyib.
Onun sözlərinə görə, bu il Azərbaycan-Özbəkistan investisiya şirkətinin yaradılması və ölkələr arasında enerji əməkdaşlığının dinamik inkişafı ilə bağlı əldə olunmuş razılıq, şübhəsiz ki, Bakı ilə Daşkənd arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcək: "Azərbaycan Avropa və Asiya arasında strateji əhəmiyyətli coğrafi mövqeyə malikdir. Bu isə onu logistika və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı baxımından Özbəkistan üçün cəlbedici ölkəyə çevirir".
Ekspert vurğulayıb ki, Özbəkistan öz məhsullarını Avropa bazarlarına çıxarmaq üçün Azərbaycanın dəniz limanları və dəmir yolu marşrutlarından istifadə edə bilər.