Ekspert: “Azərbaycan-Özbəkistan əməkdaşlığı Mərkəzi Asiyanın çiçəklənməsinə töhfə verəcək”
- 06 oktyabr, 2023
- 14:03
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycan və Özbəkistan arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəsi Mərkəzi Asiyanın çiçəklənməsinə töhfə verəcək”.
Bunu "Report"a açıqlamasında pakistanlı analitik və Mərkəzi Asiya üzrə ekspert Məhəmməd Əli Paşa deyib.
“Son illər Azərbaycan və Özbəkistan rəhbərliyi ölkələr arasında əməkdaşlığı hərtərəfli genişləndirib. Məhz Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin müdrik və uzaqgörən siyasəti sayəsində dövlətlər arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu, Mərkəzi Asiyanın bütün ölkələri və dünyanın qalan hissəsi üçün faydalıdır”, - ekspert bildirib.
Pakistanlı analitik ölkələr arasında sənaye, kənd təsərrüfatı, nəqliyyat və bir çox digər sahələrdə çoxşaxəli əməkdaşlığın müntəzəm olaraq inkişaf etdiyini vurğulayıb: “2023-cü ilin avqustunda Prezident Şavkat Mirziyoyevin Bakıya səfəri zamanı Özbəkistan və Azərbaycan arasında Ali Dövlətlərarası Şuranın yaradılması haqqında saziş imzalanıb. Dövlət səviyyəsində iki ölkənin hökumətləri və idarələri arasında 15 Anlaşma Memorandumu imzalanıb. Buraya 2023-2024-cü illər üçün hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair tədbirlər planı, enerji sektorunda əməkdaşlığın daha da dərinləşdirilməsi, gənclər siyasəti və idman sahəsində əməkdaşlıq haqqında saziş, eləcə də media sahəsində əməkdaşlığın inkişafı üzrə fəaliyyət planı daxildir”.