Ekspert: Azərbaycan-Qırğızıstan münasibətləri misli görünməmiş səviyyəyə çatıb

Xarici siyasət
  • 31 avqust, 2026
  • 14:57
Ekspert: Azərbaycan-Qırğızıstan münasibətləri misli görünməmiş səviyyəyə çatıb

Azərbaycan və Qırğızıstan münasibətləri misli görünməmiş səviyyəyə çatıb, iki ölkə arasında əməkdaşlıq dərinləşməkdə davam edir.

"Report"un Bişkekə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə agentliyə müsahibəsində Qırğızıstan Respublikasının Milli Strateji Təşəbbüslər İnstitutunun direktorunun ictimai əsaslarla məsləhətçisi, analitika və koordinasiya işləri şöbəsinin eksperti Temirlan Razbayev bildirib.

"Düşünürəm ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, inteqrasiya və əməkdaşlığın belə bir səviyyəsini müşahidə edirik. Bu, o cümlədən ölkələrimiz arasında imzalanmış dostluq haqqında sazişlərlə də təsdiqlənir", - o bildirib.

Razbayev həmçinin Azərbaycan və Qırğızıstanın Orta Dəhliz və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində qarşılıqlı fəaliyyətini qeyd edib.

O xatırladıb ki, Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaşıdır. Ekspert hesab edir ki, ŞƏT sammiti çərçivəsində transsərhəd məsələləri, nəqliyyat və siyasi qarşılıqlı fəaliyyət müzakirə olunacaq.

"Azərbaycan C6 platformasının bir hissəsi oldu və düşünürəm ki, bu, tərəfdaşlığı möhkəmləndirəcək", - Razbayev vurğulayıb.

44 - Tezliklə