Ekspert: Azərbaycan Mərkəzi Asiya ilə regional əməkdaşlığı gücləndirir
- 18 fevral, 2026
- 15:22
Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşü platformasına qoşulması ekspert icmaları tərəfindən müsbət qiymətləndirilib.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun birinci direktor müavini Akramjon Nematov "Qlobal qeyri-sabitlik şəraitində C6-nın regional təhlükəsizliyi" mövzusuna həsr olunmuş panel sessiyasında çıxış edərkən bildirib.
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə yaxınlaşmasının rəsmiləşdirilməsi prosesinin məntiqi şəkildə başa çatması sevinc doğurur. O, təhlükəsizlik məsələləri baxımından formalaşmış məkana daxil olur.
Regionda bu məsələləri qura bildik, bizdə blokdankənar xarakterli birlik formalaşıb. Bu mezanizm təkcə inkişafın əsas vektorlarını müəyyən etmir, həm də regional əməkdaşlığın əsasını formalaşdırır", - A.Nematov deyib.