Eka Tkeşelaşvili: Qarabağdakı bərpa prosesi yenidənqurma üçün uğurlu nümunədir

Xarici siyasət
  • 07 sentyabr, 2026
  • 13:03
Eka Tkeşelaşvili: Qarabağdakı bərpa prosesi yenidənqurma üçün uğurlu nümunədir

Qarabağdakı bərpa prosesi yenidənqurma üçün uğurlu nümunədir.

"Report"un məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Eka Tkeşelaşvili "Bakı İqlim Həftəsi 2026 (BCAW 2026)"da çərçivəsində keçirilən panel müzakirəsində deyib.

"Qarabağ səfərimizdə oranın yenidən necə qurulduğunun, dəyişdiyinin şahidi olduq. Bütün bunlar yenidənqurma baxımından uğurlu nümunələrdir", - o əlavə edib.

Mərkəzin təmsilçisi dünyada davam edən elektrikləşdirmə prosesinə diqqət çəkərək qeyd edib ki, elektrikləşdirmə prosesi proaktiv planlaşdırmanın bir hissəsi olmalıdır:

"Çünki əvvəlcə bizə nəyin və nə qədər lazım olduğunu başa düşməliyik. Ona görə də burada planlaşdırma çox vacibdir".

Eka Tkeşelaşvili bildirib ki, prosesin dayanıqlı və uzunmüddətli olması üçün mütləq şəkildə cəmiyyətin tələbləri nəzərə alınmalıdır.

44 filmi