ECA: Şəhərlərin sürətlə böyüməsi Afrikanın infrastrukturuna yükü artırır

Xarici siyasət
  • 20 may, 2026
  • 15:41
ECA: Şəhərlərin sürətlə böyüməsi Afrikanın infrastrukturuna yükü artırır

Afrika dünyanın ən sürətlə şəhərləşən regionu olaraq qalır, lakin şəhərlərin sürətlə böyüməsi ciddi infrastruktur və idarəetmə problemləri ilə müşayiət olunur.

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən WUF13-də Afrika üçün İqtisadi Komissiyanın (ECA) nümayəndəsi Cuzeppe Tezoryere bildirib.

Onun sözlərinə görə, Afrika qitəsində urbanizasiya templəri dünya üzrə orta göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir.

"Afrikada urbanizasiya templəri ildə orta hesabla 3–3,5 % təşkil edir, qlobal göstərici isə təxminən 1,5 %-dir ki, bu da miqrasiya və yüksək doğum səviyyəsi ilə şərtlənir. Şəhərlərin belə sürətlə böyüməsi infrastruktur və əsas xidmətlər sisteminin yükünü artırır, nəticədə bu, birbaşa əhalinin gündəlik həyatına təsir göstərir", - Tezoryere qeyd edib.

Bununla yanaşı, o vurğulayıb ki, region əhəmiyyətli transformasiya potensialına malikdir və artıq müsbət dəyişikliklər nümayiş etdirir, baxmayaraq ki, onların templəri hələlik əhalinin artım sürətindən geri qalır.

ECA nümayəndəsi idarəetmə sisteminin parçalanmasını əsas problemlərdən biri adlandırıb.

Onun sözlərinə görə, söhbət milli və yerli hakimiyyət orqanları arasında səlahiyyətlərin kəsişməsindən, habelə şəhər idarəçiliyi sahəsində mərkəzsizləşdirmə səviyyəsinin yetərli olmamasından gedir.

44 - Tezliklə