Dmitro Şlapaçenko: Azərbaycan "orta güc" dövləti kimi BMT-nin mötəbər tədbirlərinə ev sahibliyi edir

Xarici siyasət
  • 02 sentyabr, 2026
  • 14:35
Dmitro Şlapaçenko: Azərbaycan orta güc dövləti kimi BMT-nin mötəbər tədbirlərinə ev sahibliyi edir

Azərbaycan BMT-nin vacib tərəfdaşıdır və "orta güc" dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi edir.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenko etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib

O, bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırladıb, bu gün Bakıda "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının keçirildiyini deyərək, Azərbaycanda BMT-nin İqlim Həftəsi tədbirinin də olacağını qeyd edib.

Dmitro Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

44 - Tezliklə